Qırmızı kələm xərçəngin qarşısının alınmasına kömək edə bilər.
DenMedia.az xəbər verir ki, bu barədə dietoloq Franklin Cozef Mirror nəşrinə bildirib.
Mütəxəssisin sözlərinə görə, bu tərəvəzin tərkibində iltihabəleyhinə təsirə malik birləşmələr mövcuddur.

“Qırmızı kələm həmçinin liflə çox zəngindir, bu isə bağırsaq sağlamlığı üçün son dərəcə vacibdir,” – deyə həkim qeyd edib.
Bundan əlavə, qırmızı kələm immun sistemini gücləndirir, xolesterin səviyyəsini tənzimləyir və qaraciyərin detoks funksiyasını dəstəkləyir.
Cozefin tövsiyəsinə görə, hər gün bir neçə xörək qaşığı qırmızı kələm yemək orqanizmə nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərə bilər.

