Türkiyədə məhkəmə, Kartalkaya xizək kurortundakı otel yanğını işi üzrə 32 təqsirləndirilən şəxsdən 11-nə ömürlük həbs cəzası verib.
DenMedia.az xəbər verir ki, bu barədə yerli NTV telekanalı məlumat yayıb.
Grand Kartal otelində baş verən yanğında 130 nəfər yaralanıb, daha 78 nəfər isə həlak olub.
Hadisə 21 yanvar gecəsi baş verib. İstintaqın gəldiyi nəticəyə görə, yanğının səbəbi dördüncü mərtəbədəki restoranın mətbəxində elektrik qrilinin qızması olub. Termostatların nasazlığı nəticəsində qril həddən artıq qızıb, qısaqapanma səbəbindən yaranan qığılcım isə zibil qutusunu və qaz borusunu alovlandırıb.
Yanğının sürətlə yayılmasına qaçan işçilərin açıq qoyduğu qapı və taxta interyer şərait yaradıb. Bundan başqa, otel binasındakı lift və pilləkənlərin sayı binanın ölçüsünə uyğun olmayıb, evakuasiya planı isə tamamilə uğursuz çıxıb.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                