Bu gün səhər rus qüvvələri “İskəndər-M” tipli kasset döyüş başlıqlı ballistik raketlə Nikolayevi vurublar. Bu barədə RBC-Ukrayna nəşri Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kimə istinadla xəbər verib. Kimin sözlərinə görə, təxminən saat 07:20-də Rusiya Nikolayevi “İskəndər-M” tipli ballistik raketlə vurub. Təəssüf ki, bir nəfər həlak olub, hazırda müxtəlif dərəcəli xəsarət alan 15 nəfər barədə məlumat var, — deyə vilayət rəhbəri bildirib. Onun sözlərinə görə, yaralananlar arasında bir uşaq da var, həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Eyni zamanda yerli yanacaqdoldurma məntəqəsi və bir neçə avtomobilin zədələndiyi qeyd olunur.
Rusiya “İskəndər-M” raketi ilə Nikolayevi vurdu — ölən və yaralananlar var
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

