Rusiyanın Kiyevə qarşı gecə hücumu zamanı istifadə etdiyi “İskəndər” raketinin qalıqları Azərbaycanın səfirliyinin binasının üzərinə düşüb.
DenMedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkələrdə məlumat verib.
“Zərbədə təxminən 430 dron və 18 raket istifadə olunub, o cümlədən ballistik və aeroballistik raketlər. Dörd nəfər həlak olub”, — Zelenskinin paylaşımında deyilir.

