Myanma hakimiyyəti, xarici turistlərin telefon fırıldaqçılığına məcbur edilərək qul kimi saxlanıldığı və orqan alverinə cəlb olunduğu əsas binanı məhv edib.
DenMedia.az xəbər verir ki, bu barədə Mash “Telegram” kanalında məlumat verilib.
Məlumatda bildirilir ki, reyd zamanı Tay ordusunun hərbçiləri Myanma əsgərləri ilə birgə “KK Park” adlı kol-mərkəzin yerləşdiyi binanın bir hissəsini partladıblar.
Orada dəqiqləşdirilib ki, əməliyyat zamanı sağ qalan əsirlər azad edilib, onların bədənlərində qamçı zərbələrinin izləri və hərbi reydlərin nəticələri aşkarlanıb.

