Almaniyanın yüksək səviyyəli hərbi rəsmilərindən biri, general-leytenant Andre Bodemann “Almaniya Əməliyyat Planı”nın təfərrüatlarını açıqlayaraq, Rusiya ilə gələcək müharibənin qiyamətə səbəb olcağını açıqlayıb.
DenMedia.az xəbər verir ki, o, bu barədə “Die Zeit”ə verdiyi müsahibədə danışıb. Generalın fikrincə, ölkə bir nömrəli hədəfdir və almanlar xaosa, təxribatçılara və hərtərəfli hibrid hücuma hazırlaşmalıdırlar.
Bodemann qeyd edib ki, bu çılğın plana görə, bütün mülki insanların həyatı risk altında olacaq:
“Haker hücumlarına görə bankomatlar nağd pul verməyi dayandırarsa və ya supermarketdə qəfildən ödəniş etmək mümkün olmazsa, insanlar ciddi təşviş içində olacaqlar”.
Bodemann tək ordunun kifayət etməyəcəyini etiraf edib və strateji körpülərin mühafizəsi üçün hətta 60 yaşlı təqaüdçülərin də göndərilməsini ciddi şəkildə təklif edir. O, müsahibənin sonunda “vaxtımız yoxdur!” deyərək gərginliyi daha da artırıb.
Qeyd edək ki, bu bəyanat Almaniyanın hərbi rəhbərliyi tərəfindən irəli sürülən ümumi xəttin bir hissəsidir. Bundan əvvəl Birləşmiş Qüvvələr komandanı general Aleksandr Sohlrank münaqişə baş verəcəyi təqdirdə 800 minə qədər NATO əsgərinin Almaniya ərazisindən keçə biləcəyini bildirmiş və Rusiyanın “sabah zərbə endirə biləcəyi” xəbərdarlığını etmişdi.(Globalinfo.az)

