Trabzondan Soçiyə gedən Seabridge paromunun limana buraxılmaması məsələsi Türkiyə və Rusiya nəqliyyat nazirliklərinin rəsmiləri arasında aparılan danışıqların mövzusudur. Bu barədə məlumatı RİA Novosti-yə tanınmış bir türk mənbəsi verib.
Onun sözlərinə görə, nazirliklər səviyyəsində Trabzon–Soçi–Trabzon parom xəttinin bərpa olunması ehtimalı da müzakirə edilir.
14 ildən sonra ilk dəfə Türkiyədən Rusiyaya reys həyata keçirən Seabridge Soçi limanına daxil olmaq üçün icazə ala bilmədi və yenidən Trabzona qayıtmalı oldu. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev açıqlamasında bildirib ki, liman və şəhər infrastrukturu yük və sərnişin daşıyan paromları qəbul etməyə hazır deyil. O, artıq Sea Bridge ilə bağlı vəziyyəti Dəniz və çay nəqliyyatı üzrə Federal Agentliyin rəhbəri Andrey Tarasenkoya çatdırdığını qeyd edib.
Trabzondan gələn ilk parom 5 noyabrda Soçiyə çatdı, lakin iki gün ərzində limanda dayanacaq tapa bilmədi və sərnişinlər sahilə enə bilmədilər. Sahilə 6 noyabrda çıxmağı planlaşdıran bəzi sərnişinlərin aviabiletləri qüvvədən düşdü, onlara kompensasiya veriləcəyi bildirildi.

