ABŞ-ın Ukrayna münaqişəsinin həllinə dair son versiya planından bir maddə çıxarılıb. Bu barədə Bloomberg məlumatlı avropalı rəsmilərə istinadən yazır. Söhbət Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi təklifindən gedir.
Agentliyin məlumatına görə, sənəddən təxminən 100 milyard dolların ayrılmasını nəzərdə tutan müddəa çıxarılıb. Məqalədə vurğulanır ki, avropalı rəsmilər bu dəyişikliyi müsbət qarşılayıblar, çünki ilkin təklifə əsasən ABŞ həmin vəsaitlərdən əldə olunan bütün gəlirin yarısını almalı idi.
Bu dəyişikliklərin fonunda həm Ukrayna, həm də ABŞ “yenilənmiş və təkmilləşdirilmiş sülh çərçivələrini” hazırladıqlarını bəyan ediblər. Dəyişikliklər nəticəsində ABŞ planı 28 bənddən 19 bəndə endirilib. Qalan hissə isə yenidən işlənib.

