ABŞ prezidenti Donald Tramp Honduras hakimiyyətini ciddi tədbirlər ilə hədələyib. O bildirib ki, respublikada keçirilmiş prezident seçkilərində səslərin sayımı başa çatdırılmazsa, Vaşinqton sərt addımlar ata bilər.
Denmedia.az xəbər verir ki, Tramp Truth Social hesabında yazıb:
“Görünür, Honduras prezident seçkilərinin nəticələrini dəyişməyə cəhd edir. Əgər bunu etsələr, bunun müxtəlif yollarla ağır bədəlini ödəyəcəklər.”
O xatırladıb ki, 30 noyabr seçkilərində səslərin cəmi 47%-i hesablandıqdan sonra proses dayandırılıb.
“Yüz minlərlə honduraslının səsləri sayılmalıdır. Demokratiya qalib gəlməlidir,” — deyə Tramp vurğulayıb.

