Denmedia.az xəbər verir ki, Vladimir Putin "India Today" telekanalına müsahibəsində insan ömrünün uzadılması mövzusuna toxunub və bunun tam mümkün olduğunu bildirib.
Putin deyib:
“Hər şeyin sonu var. Yalnız Tanrı əbədidir. Amma insan ömrünü uzada bilərik. Mən əminəm, biz bunu bacararıq.”
Rusiya prezidenti əlavə edib ki, süni intellektin tətbiqi səhiyyə üçün nəhəng təsir gücünə malik ola bilər.
Putin həmçinin öz həyatı və fəaliyyətinə yekun vurmaq məsələsinə də münasibət bildirib:
“Hesab edirəm ki, həyatımın nəticələrini çıxarmaq üçün hələ tezdir. Qarşıda görüləsi işlərim var.”

