avq
2023
17:50
231

İmran Xana hökm oxundu

5 avq, 2023
17:50
231

İmran Xana hökm oxundu

Polis Lahorda həbs edilən Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xanı helikopterlə İslamabada aparacaq.
Məlumata görə, Xanın vəkilləri onun həbsinin qanuniliyinə etiraz etmək üçün artıq Lahor Ali Məhkəməsinə müraciət ediblər.

Qeyd edək ki, partiya sədrinə qarşı dələduzluq və əcnəbi liderlərdən qeyri-qanuni hədiyyə satışı əməliyyatları ilə bağlı ittihamlar ötən il istintaq orqanlarının tələbi ilə irəli sürülüb.

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan üç il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, keçmiş hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə həmçinin onu 100 min rupi (1209 dollar) məbləğində cərimələyib.

Mənbə: Dawn

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar