Almaniyanın Manhaym şəhərində kiçik mühərrikli təyyarə küçəyə eniş edib.
Denmedia.az xəbər verir ki, bu barədə “Tagesschau” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
“Təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı kişi olub. Pilot ağır, digər iki sərnişin isə yüngül xəsarətlər alıb. Bütün sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb”, – nəşr qeyd edib.
Əraziyə polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.

