Kaliforniya Avtonəqliyyat Vasitələri Departamenti (DMV) Tesla elektromobillərinin ştatda satışının dayandırılması ilə bağlı qərarın icrasını müvəqqəti təxirə salıb.
Denmedia.az Reuters-ə istinadən xəbər verir ki, bu qərar şirkətə Autopilot və Full Self-Driving sürücüyə yardım sistemlərinin yanıldıcı marketinqi ilə bağlı irəli sürülən iddiaları aradan qaldırmaq üçün 90 günlük möhlət verir.

