Londonda mağaza piştaxtalarında rus dilində qablaşdırmada Snickers batonları peyda olub.
Bu barədə The New York Times qəzeti yazır.
“İlk baxışda Londonun müxtəlif mağazalarındakı şirniyyatlar adi Snickers kimi görünürdü. Qablaşdırma tanış idi — şokolad içində nuga və karamel batoncuğunun şəkli… Lakin üzərindəki yazılar demək olar ki, tamamilə kiril əlifbası ilə, rus dilində idi”, — məqalədə qeyd olunur.
Rus dilində Snickers-in Britaniya mağazalarında satışa çıxarılması ilə bağlı suala cavab verən şirkət nümayəndələri bildiriblər ki, vasitəçilərin məhsulu Rusiyada və ya qonşu ölkələrdə, o cümlədən Belarusda alaraq Qərbi Avropada yenidən satmasının qarşısını almaq mümkün deyil.

