Amerikalı bloqqer Leks Fridman Zelenskiyə rus dilində müsahibə verməyi təklif edib.
Den.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində dövlət başçısına müraciət edib.
Fridmanın fikrincə, rus dilində müsahibə dərin, dinamik və güclü söhbətə imkan verəcək. Çünki hazırda öyrənməyə çalışdığı Ukrayna dilindən fərqli olaraq rus dilində mükəmməl danışır.
Bloqer eyni zamanda müsahibənin ukrayna və ingilis dillərinə tərcümə olunacağını da vurğulayıb.
Fridman Tacikistanda doğulduğunu, bir müddət Kiyev və Moskvada yaşadığını, sonra isə ABŞ-a köçdüyünü və təxminən otuz ilə yaxın orada yaşadığını bildirib.
Xatırladaq ki, bundan əvvəl ukraynalı jurnalist Diana Pançenk Zelenskinin amerikalı jurnalist Taker Karlsonla söhbət etməkdən qorxduğunu deyib.
Günəş Fərəh
Den.az
Amerikalı bloqqer Leks Fridman Zelenskiyə rus dilində müsahibə verməyi təklif edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.