Venesuela prezidenti Nicolás Maduro ABŞ lideri Donald Trumpin tələbinə baxmayaraq vəzifəsini tərk etməyi planlaşdırmır.
Bu barədə mənbələrə istinadən The Wall Street Journal yazır.
Nəşrə danışan Venesuelanın sabiq naziri Andrés Izarra bildirib ki,
“Daha real ssenari Maduronun qalib çıxması və mövqelərini daha da möhkəmləndirməsidir”.
Onun sözlərinə görə, Maduro Trampın blefini vaxtında anlayıb və Vaşinqtonun təzyiqlərinin real nəticə verməyəcəyini düzgün qiymətləndirib.

