Politico qəzetinin məlumatına görə, ABŞ Parisdə “istəkli ölkələr koalisiyası”nın görüşündə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatı imzalamayıb.
Məqalədə qeyd olunur ki,
“İclas zamanı səsləndirilən nikbin bəyanatlar ABŞ-ın Ukrayna və Avropaya dəstəyə sadiqliyi ilə bağlı şübhələri aradan qaldırmayıb.”
Nəşr yazır ki,
“Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatı imzalayacağı gözlənilirdi, lakin yekun deklarasiya nəticədə yalnız ‘istəkli ölkələr koalisiyası’ tərəfindən imzalanıb.”
Bundan əlavə bildirilir ki, Ukrayna üzrə çoxmillətli qüvvələrdə ABŞ-ın iştirakı ilə bağlı detallar əvvəlki layihə sənədindən çıxarılıb. Həmin versiyada ABŞ-ın “hücum halında bu qüvvələri dəstəkləmək”, həmçinin kəşfiyyat məlumatlarının toplanması və maddi-texniki təminatın göstərilməsində yardım etmək öhdəliyi yer alırdı.

