ABŞ Prezidenti Donald Trump Ukrayna lideri Volodymyr Zelenskinin tələb etdiyi formada təhlükəsizlik zəmanətləri verməyəcək.
Bu barədə The New York Times yazıb.
Məqalədə qeyd olunur ki, Zelenskinin konkret təhlükəsizlik zəmanətləri əldə etmək üçün ardıcıl səyləri anlaşılandır, lakin sonda bu cəhdlər nəticəsiz qala və hətta təhlükəli ola bilər.
Nəşrin müəlliflərinin fikrincə, ABŞ lideri Ukrayna ilə bağlı öhdəliklər götürsə belə, onlardan yayınmaq üçün asanlıqla manipulyasiya edə və icra zərurətindən qaça bilər.

