ABŞ prezidenti Donald Trump İranda etirazçıların öldürülməsinə başlanılacağı təqdirdə çox sərt zərbə endiriləcəyini vəd edib.
O, bunu radioaparıcı Hugh Hewitt ilə söhbətində deyərək bu mövqenin Tehrana çatdırıldığını bildirib.
“Onlara açıq şəkildə başa saldım ki, əgər insanları öldürməyə başlasalar, əgər bunu etsələr, biz onlara çox güclü zərbə endirəcəyik”, — deyə Tramp vurğulayıb.

