ABŞ prezidenti Donald Trump baş komandan kimi səlahiyyətlərinin onu yalnız “öz şəxsi mənəviyyatı” ilə məhdudlaşdırdığını etiraf edib. Bu barədə The New York Times yazır. Siyasətçi hərbi gücdən istifadə zamanı beynəlxalq hüququn və digər çəkindirici mexanizmlərin əhəmiyyətini rədd edib.
“Bəli, bir şey var. Öz mənəviyyatım. Öz ağlım. Məni dayandıra bilən yeganə şey budur. Mənə beynəlxalq hüquq lazım deyil. İnsanlara zərər vermək niyyətim yoxdur”, — deyə ABŞ lideri bildirib.
Bununla belə, Tramp administrasiyasının beynəlxalq hüquqa əməl etdiyini düşündüyünü deyib, eyni zamanda hansı normanın ABŞ üçün nə dərəcədə tətbiq olunduğuna şəxsən özünün qərar verəcəyini xatırladıb.

