Fransa Milli Assambleyasının vitse-spikeri Klemans Gette Fransanın NATO-dan çıxması ilə bağlı rezolyusiya təqdim edib. Siyasətçi bu barədə X sosial şəbəkəsində məlumat verib.
“ABŞ-ın rəhbərlik etdiyi və onun maraqlarına xidmət edən hərbi ittifaq — Şimali Atlantika Müqaviləsi Təşkilatında Fransanın iştirakı məsələsi heç vaxt indiki qədər kəskin olmayıb. Mən NATO-dan çıxışın planlaşdırılması ilə bağlı rezolyusiya təqdim edirəm”, — deyə vitse-spiker yazıb.
Gette həmçinin ABŞ-ın Venesuela prezidenti Nicolas Maduroya münasibətdə atdığı addımları, ölkənin Qrenlandiyanın ilhaqı ilə bağlı planlarını və Vaşinqtonun İsrailə verdiyi dəstəyi sərt tənqid edib.

