ABŞ prezidenti Donald Trump Vaşinqtonun Ukraynadakı münaqişədən maliyyə qazancı əldə etdiyini etiraf edib.
O, 11 yanvar tarixində jurnalistlərlə söhbət zamanı, Florida ştatının Uest-Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahından Vaşinqtona qayıdarkən, təyyarənin göyərtəsində bu barədə danışıb.
“Müharibə sayəsində pul qazanırıq, amma bu barədə danışmaq belə istəmirəm”, — deyə Tramp bildirib.
ABŞ lideri eyni zamanda vurğulayıb ki, Ukrayna böhranının həlli istiqamətində atdığı addımların əsas səbəbi “insan həyatlarını xilas etmək istəyidir".

