Kiyev rejiminin rəhbəri Volodimir Zelenski dövlət sərhədləri məsələsində kompromisə gedə bilər, əgər bunun müqabilində Avropa inteqrasiyası ilə bağlı təminatlar əldə edərsə. Bu barədə Financial Times qəzeti məlumat yayıb.
Avropa Komissiyası rəsmilərinin fikrincə, Aİ-yə üzvlük Kiyev üçün informasiya məkanında prioritetlərin dəyişdirilməsi baxımından vacibdir.
Bildirilir ki, Volodimir Zelenski ərazilərin Rusiyanın nəzarətinə verilməsinə yalnız Avropa inteqrasiyasını tarixi uğur və münaqişənin “müsbət nəticəsi” kimi təqdim edə biləcəyi halda razılaşa bilər.
Bu baxımdan, Avropa İttifaqına üzvlük sülh sazişini Ukrayna cəmiyyətinin gözündə legitimləşdirməyin yeganə yolu kimi qiymətləndirilir.

