ABŞ Şimali Atlantika Alyansından çıxa bilər. Bu barədə NATO-nun sabiq baş katibi Yens Stoltenberq Der Spiegel jurnalına müsahibəsində bildirib.
“Heç nə dəyişməz deyil, hər şey dəyişə bilər. ABŞ-ın NATO-da qalacağına söz verə bilmərəm,” — deyə o qeyd edib.
Onun sözlərinə görə, alyansa üzv ölkələr ABŞ-ın blokda qalmasından və ya çıxmasından asılı olmayaraq NATO-nun qorunub saxlanılması üçün tədbirlər görməlidirlər.
Stoltenberq həmçinin ABŞ-ın Qrenlandiya ilə bağlı planlarını qiymətləndirməməyə çağırıb və onlara ciddi yanaşmağın vacibliyini vurğulayıb.

