İsveçdə Belarusun Müqəddəs Yelizaveta monastırından olan rahibələrin Milad tədbirlərinə dəvət olunması ilə bağlı qalmaqal yaranıb. Rahibələr Rusiya xeyrinə casusluqda ittiham edilib. Bu barədə The Telegraph qəzeti yazır.
Nəşrin “rahibə-casuslar” adlandırdığı bacılar Stokholmun ətrafında yerləşən Teby qəsəbəsindəki kilsə icmasının tədbirinə dəvət olunublar. İcmanın rəhbəri Maykl Oyermo rahibələri müdafiə edərək, onlara qarşı irəli sürülən casusluq ittihamlarını yalan adlandırıb və bununla bağlı ciddi sübutların olmadığını vurğulayıb. Nəticədə Oyermo özü də bu mövqeyinə görə tənqid hədəfinə çevrilib.
The Telegraph qeyd edir ki, hələ 2025-ci ilin noyabrının sonlarında İsveç Kilsəsi öz icmalarına Belarusun Müqəddəs Yelizaveta monastırından olan rahibələri tədbirlərə dəvət etməməyi tövsiyə edib. Nəşrə görə, rahibələr Rusiya kəşfiyyatı ilə guya sıx əlaqələrdə olmaqda ittiham olunublar.

