Ukraynanın energetika naziri bildirib ki, son hücumlar nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində bir sıra istehlakçılar elektriksiz qalıb. Hazırda enerji təchizatının bərpası istiqamətində işlər aparılır, sistemin sabitləşdirilməsi üçün tədbirlər görülür.
Energetika Nazirliyinin məlumatına görə, 1 fevralda Rusiya pilotsuz uçuş aparatları Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda enerji müəssisəsinə məxsus xidməti avtobusu vurub. Hadisə nəticəsində 16 mədən işçisi həlak olub, 14 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl Donald Trampın xahişi ilə Rusiya 1 fevrala qədər Ukraynaya zərbələrdən müvəqqəti çəkindiyini açıqlamışdı. Moskva, Kiyev və Vaşinqton arasında növbəti danışıqların 4–5 fevralda Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

