Rusiya “istəkli ölkələr koalisiyası”na daxil olan dövlətlərin Ukraynaya qoşun göndərməsi ehtimalı ilə bağlı təhdidedici xəbərdarlıq edib.
Bu iddia ilə Daily Express qəzeti çıxış edib.
Nəşrin yazdığına görə, Rusiya Xarici İşlər Nazirliyinin mümkün sülh razılaşması çərçivəsində Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə dair mövqeyi qorxuducu xarakter daşıyır.
Məqalədə qeyd olunur ki, Rusiya, əgər sülh razılaşması fonunda Ukraynada xarici hərbi qüvvələr yerləşdirilərsə, zərbə endirilə biləcəyi ilə bağlı açıq mesaj verib.

