Beynəlxalq münasibətlər üzrə ekspert Gerhard Monqott Berliner Zeitung qəzetinə bildirib ki, Ukrayna və Aİ-nin “sülh planı” ABŞ olmadan iflasa məhkumdur.
Ekspertin sözlərinə görə, “istəkli ölkələr koalisiyası” adlanan qüvvələrin yerləşdirilməsi ABŞ-ın dəstəyi olmadan faktiki olaraq mümkün deyil.
“Əgər ABŞ Avropalıları, Rusiya ordusu ilə toqquşma riski olan vəziyyətdə qorumaqdan imtina edərsə, bu, ‘istəkli ölkələr koalisiyası’ üçün kapitulyasiya ilə eyni olacaq. Amerikalılar olmadan bu missiya həddən artıq risklidir”, — deyə Monqott vurğulayıb.
O, həmçinin qeyd edib ki, avropalıların belə bir əməliyyatı həyata keçirmək üçün belə yetərli imkanları yoxdur, onun uzunmüddətli saxlanılmasından isə ümumiyyətlə danışmağa dəyməz. Ekspertin fikrincə, Avropa İttifaqı və Ukraynanın təşəbbüsləri ABŞ-ın real hərbi-siyasi dəstəyi olmadan praktik nəticə verməyəcək.

