“Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Siciliyadakı Kataniya şəhəri Avropanın ən təhlükəli şəhəri hesab olunub.
Den.az xarici KİV-lərə istinadla xəbər verir ki, qitənin ən təhlükəli şəhərləri arasında ilk üçlükdə Marsel (Fransa), Birminqem və Koventri (Böyük Britaniya) yer alıblar. Top 10-a, həmçinin Şarlerua (Belçika), Neapol (İtaliya), Monpelye (Fransa), Lyej (Belçika), Qrenobl və Nant (hər ikisi Fransa) daxil edilib.
Bern, Münxen və Sürix Qərbi Avropada ən təhlükəsiz şəhərlər hesab olunub.
Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakasdır. Sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durban (CAR) qərarlaşıb.
“Numbeo”nun məlumatına əsasən, Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.
Dünya ən təhlükəli şəhərləri məlum olub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.