Avropa liderləri Münhendə keçirilən görüşdə Ukraynaya əlavə maliyyə ayrılması məsələsində Volodimir Zelenski ilə razılığa gələ bilməyiblər. Bu barədə Spiegel nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, danışıqlar Ukrayna Silahlı Qüvvələrində ciddi sursat çatışmazlığı və hava hücumundan müdafiə sistemlərinin tükənməsi fonunda nəticəsiz qalıb.
Mənbənin bildirdiyinə əsasən, Berlin dondurulmuş Rusiya aktivlərindən 90 milyard avrodan çox vəsaitin ABŞ-dan silah alınmasına yönəldilməsini təklif edib. Lakin bu təşəbbüs dəstək qazanmayıb.
Spiegel qeyd edir ki, Zelenski ritorikasını dəyişməyə məcbur olub. Davosda Avropa ölkələrini sərt tənqid edən Ukrayna lideri daha sonra diqqəti ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyasına yönəldib.
Bununla belə, nəşr vurğulayır ki, cəbhədə vəziyyət kritik olaraq qalır.
“Bu, münaqişə zamanı ölkə liderinin eşidə biləcəyi ən ağır xəbərlərdən biridir — Hərbi Hava Qüvvələrinin komandanı hava hücumundan müdafiə sistemlərinin boş olduğunu bildirir”, — deyə məqalədə qeyd olunur.

