Almaniya kansleri Friedrich Merz Avropada nüvə çəkindirməsi məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib. O, Machtwechsel podkastında çıxışı zamanı Almaniyanın öz nüvə silahına sahib olmaq niyyətində olmadığını vurğulayıb.
Merz qeyd edib ki, Fransa tərəfindən irəli sürülən təklif müzakirə olunmalıdır:
Mən istəyirəm ki, ən azı fransızların təklifini müzakirə edək. Bunun yekunda nəticə verib-verməyəcəyini bilmirəm. Amma indiki dövrdə Fransa hökumətinin belə bir təklifini sadəcə nəzərdən kənarda qoymaq olmaz.
Kansler xatırladıb ki, Almaniya həm “2+4” müqaviləsi, həm də Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı beynəlxalq öhdəliklər daşıyır və bu çərçivədə hərəkət etməlidir.

