Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delcy Rodriguez respublikanın Milli Assambleyası tərəfindən yekdilliklə qəbul edilən “Demokratik birgəyaşayış üçün amnistiya haqqında” qanunu imzalayıb.
Rodriguez bildirib ki, 30 yanvarda 1999-cu ildən bəri siyasi zorakılıqla müşayiət olunan bütün prosesi əhatə edən amnistiya qanununun qəbulunu təklif edib.
Siyasi məqsədlərlə törədilən zorakılıq nifrət zəminində cinayətlərə və Venesuelaya qarşı xarici təcavüzün bəraət qazandırılmasına gətirib çıxarırdı, – deyə o, Venezolana de Televisión kanalında çıxışı zamanı qeyd edib.
O, qanunun qısa müddətdə qəbul edilməsinə görə parlament deputatlarına və demokratik birgəyaşayış və sülh proqramının iştirakçılarına təşəkkür edib. Onların “müstəsna siyasi yetkinlik” nümayiş etdirdiyini vurğulayıb.
Rodriguez qeyd edib ki, qanun üzərində iş zamanı ağır nəticələrə səbəb olmuş siyasi zorakılıqla bağlı cinayətlərə amnistiya məsələsi geniş şəkildə nəzərdən keçirilib. Onun sözlərinə görə, ədalətin bərpası əsas prioritetlərdən biri olmalı və Venesuela sülhə, sabitliyə ehtiyac duyur.

