Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişənin tənzimlənməsi məsələsi ilə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib və onu “eyni ruhda davam etməyə” çağırıb. Onun bəyanatı X sosial şəbəkəsində dərc olunub.
“Macarıstan sizinlədir. Eyni ruhda davam edin, cənab prezident!” — deyə Orban yazıb.
Baş nazir bildirib ki, ABŞ-nin iştirakı olmadan Rusiya və Ukrayna arasında real sülh yolunu təsəvvür etmək mümkün deyil. O, eyni zamanda, Avropa İttifaqının Vaşinqtonun sülh təşəbbüsləri ilə paralel olaraq “odla oynadığını” və bunun münaqişənin həlli perspektivlərini uzaqlaşdırdığını qeyd edib.

