İranda Starlink vasitəsilə internetdən istifadə edən şəxslər sərt cəza ilə üzləşə bilər.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Xüsusilə ABŞ və İsraillə əlaqələri olan şəxslərə qarşı daha ağır tədbirlərin görülə biləcəyi bildirilib.
Məlumata görə, İran hakimiyyəti genişmiqyaslı əməliyyat çərçivəsində bir neçə yüz Starlink terminalını müsadirə edib. Qurğuların yerləşdiyi məkanlar müasir texnologiyaların köməyi ilə müəyyən edilib, eyni zamanda xüsusi xidmət orqanları internet istifadəçilərinin qanunsuz trafikini izləyib.

