ABŞ Senatında demokratlar Prezident Donald Trampın hərbi səlahiyyətləri ilə bağlı təzyiqi artırmaq üçün yeni taktika tətbiq etməyi planlaşdırır.
Bu barədə Time nəşri məlumat yayıb.
Demokratlar mütəmadi və məcburi səsvermələr vasitəsilə administrasiyanı məsuliyyətə cəlb etməyə çalışır və bu addımlar Senatın işini iflic edə bilər.
Senator Adam Şiff bildirib ki, onlar bu məsələni gündəmdə saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər.
“Biz administrasiyaya göstərməliyik ki, onlar istəməsə belə, biz bu mövzunu davam etdirəcəyik və əlimizdə olan bütün alətlərdən istifadə etməyə hazırıq”, — deyə o qeyd edib.
Eyni zamanda məlum olub ki, Milli Antiterror Mərkəzinin direktoru Cozef Kentin istefasını açıq şəkildə elan etməsi Ağ Ev üçün gözlənilməz olub.
Bildirildiyinə görə, bundan sonra Trampın müşavirləri Kenti açıq şəkildə tənqid etməyə başlayıb, bu isə siyasi qarşıdurmanın daha da dərinləşdiyini göstərir.

