ABŞ-ın Florida ştatının Palm-Biç dairəsinin Respublikaçılar Partiyası prezident Donald Trampı “ilin əsas dövlət xadimi” elan edib. Bu barədə RIA Novosti sosial şəbəkələrə istinadən məlumat yayıb.
Martın 20-də Palm-Biç respublikaçıları ABŞ prezidenti Abraham Linkolnun xatirəsinə həsr olunmuş illik qala gecəsi keçiriblər.
“Dairənin bütün respublikaçıları və burada iştirak edən hər kəs adından sizə etdiklərinizə görə böyük təşəkkür edirik”, – deyə Palm-Biç Respublikaçılar Partiyasının sədri Karl Kaşo bildirib. Video yerli jurnalist Frank Kopılov tərəfindən X platformasında paylaşılıb.
Qeyd edək ki, Donald Tramp Palm-Biç dairəsi ilə Mar-a-Laqo malikanəsi vasitəsilə bağlıdır. Bu mülk onun Floridadakı əsas iqamətgahı sayılır və Tramp Vaşinqtondan kənarda həftəsonlarını burada keçirir.

