Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ administrasiyasının bəzi üzvlərinin İran rəhbərliyinin öldürülməsi ilə bağlı bəyanatlarını sərt tənqid edib. O, bu barədə France Télévisions-a müsahibəsində danışıb.
Lavrov bildirib ki, ABŞ rəsmilərinin İranın ali lideri Əli Xamenei və digər rəhbərlərin öldürülməsi barədə qürurla danışması qəbuledilməzdir və bunu yalnız riyakarlıq kimi qiymətləndirmək olar.
Onun sözlərinə görə, mövcud gərginliyin aradan qaldırılması üçün əsas şərt ABŞ və İsrailin İrana qarşı hərbi addımlarının dayandırılmasıdır.
Nazir əlavə edib ki, regionda baş verən hadisələr artıq iki ayrı qarşıdurma kimi təqdim olunur. Bir tərəfdə ABŞ və İsrailin İrana qarşı fəaliyyəti, digər tərəfdə isə İranın Körfəz regionunda obyektlərə hücumları dayanır.
Lavrov vurğulayıb ki, bu yanaşma Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.

