Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominges bildirib ki, Hörmüz boğazında gəmilərin qorunması üçün hərbi koalisiyanın yaradılması uzunmüddətli həll deyil. O, bu fikirləri “Repubblica” qəzetinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, hərbi müşayiət belə riskləri tam aradan qaldırmır və gəmilər yenə də pilotsuz aparat və ya raket hücumuna məruz qala bilər.
“Kommersiya gəmilərini qorumaq üçün hərbi qrup yaratmaq uzunmüddətli həll deyil və riskləri tam aradan qaldırmır”
Dominges vurğulayıb ki, problemin real həlli regionda gərginliyin azaldılması və münaqişənin dayandırılmasıdır.
O qeyd edib ki, yalnız bu halda dəniz nəqliyyatı təhlükəsiz şəkildə bərpa oluna və ticarət gəmiləri risk zonasından çıxarıla bilər.

