İsrailin şimalında yerləşən Hayfada yaşayış binasına raket zərbəsindən sonra xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Bu barədə The Times of Israel xəbər verir.
Şəhərin yanğın-xilasetmə xidmətinin məlumatına görə, İranın ballistik raketinin düşdüyü binanın dağıntıları altında dörd nəfərin qala biləcəyi ehtimal olunur.
Qeyd olunur ki, xilasetmə işləri geniş dağıntılar və konstruksiyaların sökülməsinin çətinliyi səbəbindən mürəkkəbləşib.
Hücumdan sonra Hayfada ən azı doqquz nəfər tibbi yardım üçün müraciət edib.

