Ukrayna hakimiyyəti parlament seçkilərində “Tisa” partiyasının lideri Peter Madjarın qələbəsindən sonra vətəndaşlarına Macarıstana səfərlərlə bağlı tətbiq olunan məhdudiyyətləri ləğv edib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga Facebook səhifəsində məlumat verib.
Nazir bildirib ki, Ukraynaya qarşı manipulyasiyalarla müşayiət olunduğu iddia edilən seçki kampaniyası artıq geridə qalıb və bu, vətəndaşların yenidən Macarıstana səfər etməsi üçün şərait yaradır.
“Məhdudiyyətlərin tətbiqinə səbəb olan təxribat riskləri artıq aktuallığını itirib”
Sibiga həmçinin Kiyev ilə Budapeşt arasında münasibətlərin normallaşacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, seçkilərin nəticələri “şantaj siyasətinin və anti-Ukrayna təbliğatının məğlubiyyəti” kimi qiymətləndirilir.

