ABŞ prezidenti Donald Tramp İran rəhbərliyini edam gözlədiyi bildirilən səkkiz qadının azad edilməsinə çağırıb.
O, bu barədə Truth Social platformasında paylaşım edərək qeyd edib ki, yaxın zamanda İran tərəfi ilə aparılacaq danışıqlar fonunda bu addım “yaxşı başlanğıc ola bilər”.
“İran rəhbərliyinə müraciət edirəm: bu qadınların azad edilməsi danışıqlar üçün əla başlanğıc olardı. Xahiş edirəm, onlara zərər verməyin,” — deyə Tramp bildirib.
Məlumata görə, söhbət edam cəzası ilə üzləşən qadınlardan gedir. Tramp paylaşımına həmin şəxslərin fotosunu da əlavə edib, lakin əlavə detallar açıqlanmayıb.
Bəzi KİV-lərin məlumatına əsasən, İranda son dövrlərdə keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərə, o cümlədən qadınlara qarşı edam hökmü çıxarıldığı bildirilir.

