ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kiçik və orta sahibkarlığa dəstək tədbirində çıxışı zamanı vəzifəsini yalnız 8–9 ildən sonra tərk edəcəyini bildirib. Bununla o, hakimiyyətdə qalma müddətinin mövcud konstitusiya normalarından daha uzun ola biləcəyinə yenidən eyham vurub.
Biz düzgün addımlar atdıq. Beləliklə, mən vəzifədən, deyək ki, səkkiz-doqquz ildən sonra gedəndə bu tədbirlərdən istifadə edə biləcəyəm, deyə Tramp biznesə dəstək proqramlarının uzunmüddətli təsirindən danışarkən qeyd edib.
Eyni zamanda, 1951-ci ildə qəbul edilən ABŞ Konstitusiyasına 22-ci düzəliş dövlət başçısının iki müddətdən artıq hakimiyyətdə qalmasını məhdudlaşdırır. Buna baxmayaraq, 2016 və 2024-cü illərdə seçkilərdə qalib gəlmiş Donald Tramp (sonuncu dəfə Kamala Harris üzərində) dəfələrlə üçüncü dəfə namizədliyini irəli sürə biləcəyini istisna etməyib. Ötən ilin payızında bu ehtimalı keçmiş strateqi Stiv Bennon da açıq şəkildə səsləndirmişdi.

