CNN teleşirkətinin təsisçisi, amerikalı iş adamı və media meneceri Ted Turner 87 yaşında vəfat edib.
Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.
2018-ci ildə Törner açıq şəkildə demensiyadan əziyyət çəkdiyini etiraf etmişdi. Səmimi müsahibəsində media maqnatı ona Levi cisimcikli demensiya diaqnozu qoyulduğunu dəqiqləşdirmişdi.
CNN-in qurucusu, televiziya xəbərlərində inqilab etmiş yenilikçi 24 saatlıq telekanalın yaradıcısı, media innovatoru və filantrop vəfat edib, — məlumatda deyilir.
Törner 1938-ci il noyabrın 19-da Sinsinnatidə reklam maqnatının ailəsində anadan olub. O, Braun Universitetində təhsil alıb və burada antikşünaslıq və iqtisadiyyat üzrə oxuyub.
CNN-in qurucusu media biznesində karyerasına 1960-cı illərdə Atlantada kiçik televiziya stansiyası almaqla başlayıb. 1980-ci ildə Törner televiziya xəbərlərində inqilab edən dünyanın ilk 24 saatlıq kabel xəbər şəbəkəsini işə salıb.
Forbes jurnalının qiymətləndirməsinə görə, 2026-cı ildə onun sərvəti 2,8 milyard dollar təşkil edib.

