ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpa olunması ehtimalı hələ də aşağıdır.
Bu barədə Financial Times mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Moskva və Kiyev arasında dialoq, böyük ehtimalla, Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra da başlamayacaq.
Adı açıqlanmayan ukraynalı rəsmi nəşrə bildirib:
Amerika tərəfi danışıqlarda heç bir irəliləyiş əldə etməyib. Müzakirə oluna biləcək hər şey artıq müzakirə edilib.

