Son 20 ildə dünyada tütün istehlakı təxminən 30 faiz azalıb.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, ÜST-nin Tütünə Qarşı Mübarizə üzrə Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra dünyada tütün istehlakı üçdəbir qədər azalıb.
ÜST-nin Tütünə Qarşı Mübarizə üzrə Çərçivə Konvensiyası qüvvəyə mindikdən bəri dünyada tütün istehlakı üçdəbir azalıb,— deyə Qebreyesus bildirib.
O qeyd edib ki, tütün məhsullarının istehlakında azalma tendensiyası 140 ölkədə davam edir.
Qeyd edək ki, ÜST-nin Tütünə Qarşı Mübarizə üzrə Çərçivə Konvensiyası 2003-cü ildə imzalanıb və 2005-ci ildə qüvvəyə minib.

