Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığı ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa yardım çağırışı edib.
Bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri prezidentin müşaviri Dmitri Litvinə istinadən yazır. Söhbət Amerika liderinə ünvanlanan məktubdan gedir.
Ukraynalı jurnalistlərin məlumatına görə, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina məktubun surətlərini Ağ Ev rəsmilərinə, Nümayəndələr Palatasının spikeri Mayk Consona və Konqresin digər üzvlərinə təqdim edib.
Sənəddə qeyd olunur ki, ən ağır vəziyyət raket əleyhinə müdafiə sistemləri üçün sursat, xüsusilə Patriot kompleksləri üçün nəzərdə tutulan PAC-3 raketləri ilə bağlı yaranıb.

