Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava məkanına daxil olan, ehtimal ki, İrandan buraxılmış ballistik raket NATO qüvvələri tərəfindən məhv edilib.
Məlumata görə, raket Şərqi Aralıq dənizi bölgəsində yerləşdirilmiş NATO-nun hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Nazirlik vurğulayıb ki, Türkiyənin ərazisinə və hava məkanına yönələn bütün təhdidlərə qarşı qəti və tərəddüdsüz tədbirlər görülür və bölgədəki hadisələr milli təhlükəsizlik prioritetləri çərçivəsində diqqətlə izlənilir.

