“Apple” şirkəti məhsullarının qiymətini artırmağı planlaşdırır.
Bu barədə şirkətin baş direktoru Tim Kuk “The Wall Street Journal”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, qiymət artımına səbəb müasir cihazlarda istifadə olunan yaddaş mikrosxemləri və məlumat daşıyıcılarının kəskin bahalaşmasıdır.
Tim Kuk qeyd edib ki, “Apple” komponentlərin bahalaşmasının alıcılara təsirini minimuma endirməyə çalışır. Bununla belə, şirkətin qiymətlərə yenidən baxmaqdan tam şəkildə yayınması mümkün olmayacaq.
“Apple” rəhbəri qiymət artımının nə vaxt başlayacağını və hansı məhsul kateqoriyalarına şamil ediləcəyini açıqlamayıb.
Nəşrin məlumatına görə, şirkətin növbəti böyük təqdimatı sentyabr ayında baş tuta bilər. Həmin tədbirdə “Apple”ın yeni nəsil iPhone 18 smartfonlarını təqdim edəcəyi gözlənilir.

