Bakının Qaradağ rayonunda 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik vasitələr İ. Daşdəmirova məxsus avtomobildən aşkar edilib.
Məlumata görə, o, xaricdəki narkotacirlərin tapşırığı əsasında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ. Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib.

