Vyana Universitetinin alimləri qadınların daha cazibədar görünməsinə təsir edən geyim rəngini müəyyən ediblər.
Denmedia.az xəbər verir ki, araşdırmanın nəticələri “Acta Psychologica” elmi jurnalında dərc olunub.

Eksperimentdə qadın və kişilərdən ibarət 130 könüllü iştirak edib. Tədqiqatçılar iştirakçılardan qırmızı və mavi don geyinmiş modellərin fotolarına 10 saniyə ərzində baxmağı, daha sonra isə onların cazibədarlığını qiymətləndirməyi istəyiblər.

Araşdırmanın nəticələrinə görə, qırmızı don geyinmiş modellər ən yüksək qiymət alıblar. Maraqlıdır ki, eksperimentdə iştirak edən qadınlar modellərin cinsi cazibədarlığını kişilərlə müqayisədə daha yüksək qiymətləndiriblər.

Alimlər bu nəticələrə əsaslanaraq qırmızı rəngin yalnız potensial partnyorun diqqətini cəlb etmək istəyinin deyil, həm də onun uğrunda rəqabətin göstəricisi ola biləcəyi qənaətinə gəliblər.

Avstriyalı alimlərin eksperimenti Nyu-Yorkdakı Roçester Universitetinin 2012-ci ildə apardığı tədqiqatın davamıdır. Həmin araşdırmada mütəxəssislər qadınların bəyəndikləri kişiyə maraqlarını sözsüz ifadə etmək üçün şüurlu şəkildə qırmızı don geyindiklərini müəyyən etmişdilər.

